Keşiş dəfn mərasimində müğənninin sinəsinə toxundu – Video

22:21 - 3 Sentyabr 2018 - Xəbər

Sosial şəbəkələrdə müğənni Areta Franklinin dəfn mərasimində keşiş Çarlz Ellisonun ifaçı Ariana Qrandeyə qarşı hərəkətlərinin əks olunduğu video müzakirə mövzusu olub. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, videodan da aydın görünür ki, keşiş Ariana Qrandenin sinəsinə toxunur. İfaçının pərəstişkarları sosial şəbəkədə #RespectAriana (Arianaya hörmət et) heşteqini yaradıblar.
Onlar qadınların hüquq və azadlığı üçün mübarizə aparan A.Franklinin dəfn mərasimində belə hadisənin baş verməsindən təəssüfləndiklərini bildiriblər.

Qeyd edək ki, Areta Franklin avqustun 16-da 76 yaşında vəfat edib.  

Xəbər xətti