“Bozun 50 çaları” filminin qəhrəmanı Bakıda- Video

13:18 - 2 Sentyabr 2018 - MAQAZİN

İnternetdə “Hugo Boss” parfümeriya xəttindən yeni “Boss The Scent” ətrinə həsr olunmuş və çəkilişləri Bakıda Heydər Əliyev Mərkəzində baş tutmuş yeni reklam videoçarxı təqdim olunub.

Rejissor Dreyk Dremusun çəkdiyi reklam çarxının baş qəhrəmanı “Bozun 50 çaları” filminin qəhrəmanı, məşhur Hollivud aktyoru Ceymi Dornandır.

Qısametrajlı filmdə - müəlliflər videoçarxı məhz belə adlandırıblar – Ceymi Dornanın tərəfdaşı holland model Birqit Kosdur.

Reklam videoçarxının çəkilişində Azərbaycanın “Baku Media Center” multimedia mərkəzi də iştirak edib.

“Bakı Media Mərkəzi #HugoBoss-un yeni reklam kampaniyasının istehsalında Jamie Dornan və Birgitta Kos ilə birgə bu işin bir hissəsi olmaqdan qürur duyur”, - deyə, “Baku Media Center”in “Facebook”dakı səhifəsində qeyd olunub.oxu.az

Xəbər xətti