Eldar Qasımov: "Kaş Azərbaycan müğənnilərini tanımayaydım" - Video

19:56 - 31 Avqust 2018 - MAQAZİN

“Eurovision 2011” yarışmasının qalibi Eldar Qasımov Həmid Həmidovun qonağı olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, müğənni “Поговорим?” adlı “Youtube” layihəsində bildirib ki, azərbaycanlı müğənniləri tanımağına peşman olub. “Şou-biznesimizdən qaçıram. Çünki ancaq qalmaqaldan ibarətdir. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, mahnılarını dinləmirəm.

Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum”, - deyə Eldar bildirib.

Xəbər xətti