"Qarabağ" Avropa Liqasının qrupunda

 Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunları keçirilib. 

“Qarabağ” Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma meydanda 3 cavabsız topla rəqibinə qalib gəlib.

Hesabı 9-cu dəqiqədə Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye fərqlənərək hesabı 2:0-a çatdırıb. Üçüncü topu isə oyunun 55-ci dəqiqəsində Filip Ozobiç vurub.

Beləliklə "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. 

 

 30 avqust
Avropa Liqası Pley-off mərhələsi
21:00.

"Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0 (İkinci hissə)
Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55 İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Tarix
30 Avqust 2018 [22:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin