"Qarabağ" həlledici oyuna çıxır- Tamammı, davammı?

12:39 - 30 Avqust 2018 - İDMAN

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olacaq.

Təmsilçimiz “Qarabağ”da pley-offda cavab matçında çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edəcək. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir.
Xatırladaq ki, “Qarabağ” ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm isə təmsilçimiz Azərbaycan futbolu tarixində ilkə imza ataraq Çempionlar Liqasının qrupunda oynayıb.

30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
 
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova)
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti