Ayxan Abbasov “Zirə”dən ayrılıb

11:24 - 29 Avqust 2018 - İDMAN

Baş məşqçi Ayxan Abbasov öz istəyi ilə “Zirə” futbol klubundan ayrılıb.

Dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək istefasının qəbul olunmasını xahiş edib. A.Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib.

Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Xəbər xətti