Ronaldunun ÇL-də “Yuventus”a vurduğu qol ən yaxşı seçildi - VİDEO

21:45 - 28 Avqust 2018 - İDMAN

 Hazırda İtaliyanın “Yuventus” klubunda çıxış edən Kriştianu Ronaldunun ötən mövsüm Çempionlar Liqasında vurduğu qol ən yaxşı seçilib.

​Bu seçim UEFA-nın saytında keçirilən səsverməyə görə əsasən aparılıb. 197 mindən çox şəxs portuqaliyalı futbolçunun akrobatik zərbə ilə vurduğu qolu ən yaxşı hesab edib. Maraqlıdır ki, həmin vaxt bu qolu Kriştianu Ronaldu Madridin “Real” klubunda oynayarkən indiki komandası “Yuventus”a vurub. Turin klubu isə buna görə sosial şəbəkədə Kriştianu Ronaldunu təbrik edib.qol.az

Xəbər xətti