Qurban Qurbanov: "Qrup mərhələsi üçün şanslarımız qalır"

09:49 - 24 Avqust 2018 - İDMAN

 "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1hesabıyla məğlub oldu.

​Komandamının baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Xəbər xətti