Ana səhifə
25 Sentyabr 2018

“Şerif”in məşqçisi “Qarabağ”la oyundan danışdı

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Şerif"in məşqçisi Andrey Korneenkov Moldova çempionatının XVII turunda "Milsami"yə qalib gəldikləri matçdan sonra jurnalistlər önündə çıxış edib.

Baş məşqçi Qoran Sabliç sağlamlığı ilə bağlı problem yarandığı üçün mətbuat konfransına qatılmayıb. Buna görə mətbuat nümayəndələrinin önünə köməkçi-məşqçi Andrey Korneenkov çıxıb. Çalışdırcı əvvəlcə bunları deyib: "İki fərqli hissə izlədik. İlk hissədə əlimizə düşən imkanlardan yararlana bilmədik. Əgər ilk hissədəki fürsətlərdən yararlansaydıq, ikinci yarıya daha rahat çıxacaqdıq. "Milsami" ilə oyunlar hər zaman sərt keçir. Futbolçularımıza fədəkarlıq etdiklərinə və keyfiyyətli oyun sərgilədiklərinə görə təşəkkür edirəm. Belə oyunlarda nəticə futboldan daha çox önəmli olur". O, komandanın qrafikinin sıx olduğunu, ancaq buna hazırlaşdıqlarnı vurğulayıb: "Əlbəttə, çətin qrafikdə çalışırıq. Həm ölkə çempionatında, həm də avrokuboklarda iştirak edirik. İki cəbhədə mübarizə apardığımız üçün heyətdə rotasiyalar etməyə, bəzi futbolçulara istirahət verməyə çalışırıq". Məşqçi Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"la qarşılaşma haqda fikir bildirib: "Bəli, "Qarabağ"ı analiz etmişik. Ancaq "Milsami" ilə oyunumuz olduğu üçün "Qarabağ"la matça hazırlaşmamışıq. Məşqçilər "Qarabağ"la bağlı qeydlərini aparıblar. Bu gündən həmin oyunun hazırlıqlarına başalayacağıq və rəqib barədə uşaqlara məlumat verəcəyik".qafqazinfo

Tarix
21 Avqust 2018 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin