Boksçularımız Serbiyada 3 medal qazanıblar

13:38 - 20 Avqust 2018 - İDMAN

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.
Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Komandamızın digər boksçularından Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.

Qeyd edək ki, millimiz turnirə 8 boksçu ilə qatılmışdı.

Xəbər xətti