Terrorçular Kabildə Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib

11:57 - 16 Avqust 2018 - DÜNYA

 Kabildə bir qrup naməlum silahlı şəxs Əfqanıstan Milli Ordusunun təlim mərkəzinin binasına hücum edib.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsindən bildiriblər. Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

KİV-in yazdığına görə, ərazidə terrorçularla hökumət qüvələri arasında toqquşmalar baş verib. 

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Xəbər xətti