Ana səhifə
19 Sentyabr 2018

Türkiyənin ordu generalı Azərbaycana gəldi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. DİN-dən verilən məlumata görə, nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib. Avqustun 16-dək davam edəcək səfər zamanı qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində isə xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.
Tarix
14 Avqust 2018 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin