“Təhminə və Zaur” serialı çəkilir - Fotolar

14:27 - 14 Avqust 2018 - MAQAZİN

Məşhur “Təhminə” filminin serialı çəkilir.

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xəbəri ekran işində rol alacaq aktyorlar yayıb. Artıq hazırlıqları tamamlanan serialın çəkilişi bir neçə günə başlayacaq. 

Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilən “Təhminə və Zaur”un rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandıracaq.

C.Novruz bikldirib ki, bu ekran işi üçün 19 kiloqram çəki atıb.

Cövdət isə “Fəxrəddin Manafovdan sonra Zaur obrazını canlandırmaq həm böyük məsuliyyət, həm də fəxrdir” sözlərini söyləyib.

Natavan “Böyük məsuliyyətli bir işdir, möhürü vurulan filmin serialında baş qəhrəman olmaq. Tamaşaçılar bizi tərəf müqabili kimi çox yaraşdırırdı, ona görə də yenidən bizi bir araya gətirənlərə minnətdarıq” deyə, açıqlamasında deyib. 

Serialda eyni zamanda əməkdar artist Firdovsi Atakişiyev, aktyor Kazım Abdullayev, aktrisa Nərgiz Əliyeva və başqaları da yer alacaqlar.
“Təhminə və Zaur” serialı yeni televiziya mövsümündə ATV-də efirə gedəcək.


Xəbər xətti