İran yeni nəsil ballistik raketini təqdim edib - Video

17:59 - 13 Avqust 2018 - DÜNYA

 İran hərbçiləri yeni nəsil "Fateh Mubeen" ballistik raketini nümayiş etdirib.

"Report" TASS-a istinadən xəbər verir ki, təqdimat mərasimində iştirak edən İranın hərbi qurumunun rəhbəri Əmir Hatəmi yeni raket üzərində işlərin tamamlanması ilə əlaqədar ordunu və hərbi konstruktorları təbrik edib.

"Bu gün sənayemiz müdafiə sahəsində ölkənin bütün müxtəlif ehtiyaclarını təmin edir", - o deyib.

Qeyd edək ki, "Tasnim"in məlumatında raketin texniki xüsusiyyətləri barədə məlumat verilmir.

Əlavə edək ki, ötən həftə - iyulun 10-da Amerika mediası ABŞ kəşfiyyatının İranın bu il ilk dəfə "Fateh" ailəsinə daxil olan ballistik raketləri sınaqdan keçirdiyini öyrəndiyini yazıb. Raket ölkənin cənub-şərqindəki İran İnqilabı keşikçiləri Ordusunun bazasından atılıb və Hörmüz boğazının üzərindən uçaraq 160 km-dən artıq məsafə qət etdikdən sonra İran ərazisində yerləşən səhra poliqonuna düşüb.

Xəbər xətti