Ana səhifə
17 Fevral 2019

Azərbaycanda 112 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb. 

DMX-dan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u Pa­kis­tan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.

Saxlanılan 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səy­yar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılan əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə tədbirlərini da­vam etdirir.

Tarix
9 Avqust 2018 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin