Sumqayıtda yolu keçən piyadanı maşın vurdu

15:53 - 30 İyul 2018 - HADİSƏ

Sumqayıtda yolu keçən piyadanı maşın vurub.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 16 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində şəhər sakini Bəxtiyar İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nominə Orucovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəbər xətti