Dəhşətli hadisə: Saçları kartinq maşınının təkərlərinə dolandı, baş dərəsi qopdu – FOTO + VİDEO

13:50 - 20 İyul 2018 - Xəbər

Polis hadisə iləm bağlı araşdırmaya başlayıb

Saçları kartinq maşınının təkərlərinə dolanan gənc qızın baş dərəsi qopub. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Samsun əyalətində baş verib.
Belə ki, Türkmənistan əsilli Nurjemal Annalyyeva kartink maşını ilə yarışdığı zaman anidən saçları maşının sağ təkərinə dolanıb. Saçların qopması və saç dərisinin üzülməsi ilə ağır yaralanan qız hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra Nurjemalı əməliyyata otağına alınıb. Polis hadisə iləm bağlı araşdırmaya başlayıb.

Namiq


Xəbər xətti