Ana səhifə
15 Oktyabr 2018

Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları ünvanda verilib- Fotolar

Rayon mərkəzinə gələ bilməyənlərə əlil arabaları evlərində verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan və əlil arabasına tibbi göstərişi olan 23 nəfər əlilliyi olan şəxsə əlil arabası elə yaşadıqları rayona aparılaraq təqdim edilib. 

Ucnoqta.az xəbər verir ki, ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan bir qisminin rayon mərkəzinə gələ bilmədikləri nəzərə alınaraq, arabalar yaşadıqları ünvanda təhvil verilib.
 Əlilliyi olan şəxslər, onların ailə üzvləri ölkəmizdə fiziki məhdudiyyəti olan vətəndaşların maddi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri sahəsində aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, əlil arabasına ehtiyac duyduğu halda əlilliyi olan şəxsin Protez-Ortopedik Bərpa Mərkəzinə birbaşa müraciətinə ehtiyac yoxdur. Belə ki, bununla bağlı onun müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-nin elektron sisteminə daxil edilir.

Bundan sonra isə Mərkəz tərəfindən əlilliyi olan şəxs növbəlilik qaydasında əlil arabası ilə təmin olunur. 
Əlilliyi olan şəxslərin (və ya yaxınlarının) əlil arabasını götürmək üçün paytaxta gəlmək imkanları olmadıqda onlara yaşadıqları ünvanda əlil arabası təqdim olunur. 

Qeyd edək ki, bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 750 nəfərədək əlilliyi olan şəxsə əlil arabası verilib.

Emin

Tarix
17 İyul 2018 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin