Lerikdə "Niva" dərəyə aşıb, xəsarət alan var

17:20 - 13 İyul 2018 - HADİSƏ

Lerik rayonunda avtomobil dərəyə aşıb.

Hadisə ucqar dağ kəndi olan Kirəvud ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı  avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Ağır xəsarətlər alan sürücüyə Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti