Qazax sakini göldə boğulub

17:06 - 11 İyul 2018 - HADİSƏ

Qazax rayon sakini göldə boğulub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Abbasbəyli kənd ərazisində yerləşən suni göldə baş verib.  Belə ki, 25 yaşlı Ozal Rəşid oğlu İsmayılov süni göldə çimərkən boğulub. Əraziyə Təcili Tibbi Yardım biriqadası və FHN-nin xilasetmə qüvvələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti