XİN başçısının müavini Ermənistana səfər edəcək

16:44 - 26 İyun 2018 - SİYASƏT

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.

Xəbər xətti