İmişlidə iki avtomobil toqquşub: ölən və xəsarət alanlar var

14:23 - 25 İyun 2018 - HADİSƏ

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzindəki Koroğlu küçəsində “Mercedes” markalı 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə “VAZ 2107” markalı 90 BB 693 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş  nəfər isə xəsarət alıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti