Bu il dövlət büdcəsindən “Azerenerji”yə 81,4 mln. manat ayrılacaq

2018-ci ilin dövlət büdcəsindən “Azerenerji” ASC-yə 81,4 mln. manat vəsait ödəniləcək.   Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.   Layihəyə əsasən, “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 mln. manat vəsait yönəldiləcək.  
Tarix
12 İyun 2018 [18:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin