Ana səhifə
19 Sentyabr 2018

Sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir

Bu məqsədlə qanunvericilik bazasının, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilib

Hər bir dövlətin əsas məqsədlərindən biri mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına nail olmaqdır. Əks halda, həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən müxtəlif qurumların fəaliyyətində, eləcə də dövlətin müəyyən etdiyi hədəflərə çatmaqda çətinliklərin yaranması labüddür. Sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycanda dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.  Bu məqsədlə qanunvericilik bazasının, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilib. Bu barədə Azərbaycan Resöublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidendi Məmməd Musayev bildirib ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında  təkmilləşmələr aparılıb. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılıb. “Dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik inkişafı təmin etmək mümkün olmuşdu.  İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas uğurudur.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox Fərman və Sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiq edilib.
Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi”.

Onun sözlərinə görə, belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılıb, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilib.  “Bu görüş Azərbaycan sahibkarlığı tarixində yeni islahatlar dövrünün başlanğıcını qoyub. Belə ki, respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılıb, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb, sahibkarların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılıb. 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olundu”.

"Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" qəbul edildi. Proqramda bildirilirdi ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı"nda (1997-2000-ci illər) müəyyən edilmiş vəzifələr əsasən yerinə yetirilib. Ölkəmizdə kiçik və orta sahibkarlığın  hüquqi bazası inkişaf etdirilib, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olub. kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənib. KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülüb. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədi ilə "Nəzarət kitabçası"nın tətbiqinə başlanılıb. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənib. Sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılıb. KOS-ların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənib.

Dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnib. 2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71,0 faiz təşkil edib. Sənaye istehsalının 48,3 faizi, kənd təsərrüfatı istehsalının 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmtəə dövriyyəsinin 98,4 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 62,5 faizi, sərnişin daşınmasının 83,9 faizi, xarici ticarət dövriyyəsinin 59,0 faizi, ixracın 52,6 faizi, idxalın 69,0 faizi özəl bölmənin payına düşüb. Dövlət büdcəsinin gəlirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalaşıb. Ölkə üzrə əhalinin ümumi məşğulluğunda qeyri-dövlət bölməsinin payı 70,0 faiz təşkil edir. 2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş qeyri-dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 mini keçib. Bunun 80,1 faizi kiçik və orta müəssisələrdir. Orta hesabla əhalinin hər 10 min nəfərinə dövlət qeydiyyatından keçmiş 58 kiçik müəssisə düşür. Son 5 ildə KOS-un ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatıb.

Bununla yanaşı, ölkəmizdə formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan KOS-ların inkişafının sürətləndirilməsi məqsədləri üçün tam istifadə olunmayıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövcud imkanlardan azdır. Özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə hələlik strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf edir. KOS sektorunun ölkənin ixrac potensialının gücləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə təsiri məhduddur. Sahibkarlığın regional inkişafının hazırkı səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmir. Belə ki, indi KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir. Daxili istehsalçılar arasında əlaqələr zəif inkişaf edir və KOS-lara iri müəssisələrin kooperasiyası və inteqrasiyası zəruri səviyyəyə çatmayıb.
KOS-un inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşmasında və beynəlxalq iqtisadi mühitə uyğunlaşmasında, ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun gücləndirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə KOS sektorunun inkişafına dövlət köməyi tədbirlərinin çərçivəsi genişləndirilir və onların ünvanlılığı gücləndirilir.

Bu proqramın qanunvericilik bazasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sahibkarlıq fəaliyyəti haqqında" və "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları təşkil edir.
Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlar sonrakı dövrlərdə də davam etdirildi. "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)"  qəbul edildi. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı. 

(ardı var)

 

Tarix
11 İyun 2018 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin