Ana səhifə
12 Dekabr 2018

Rusiyanın dövlət kanalında növbəti antiazərbaycan Çıxış -Video

Ermənipərəst mövqeyi ilə tanınan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov növbəti dəfə antiazərbaycan çıxışı ilə gündəmdədir.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı politoloq Vyaçeslav Kovtun diskussiya zamanı Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyü haqqını dəstəklədiyini bəyan edib. “Rossiya-1” dövlət televiziyasında yayımlanan verilişin aparıcısı Solovyov isə Kovtuna Qarabağın hər zaman ermənilərin yaşadığı ərazi olduğunu bilib-bilmədiyini soruşub.
Daha sonra bildirib ki, hətta müasir Yerevan ərazisində elə bir dövr olub ki, ermənilər məskunlaşmayıb, lakin Artsax (Qarabağ) torpaqlarında hər zaman ermənilər olublar:

​“Əgər sülh yolu ilə olmayacaqsa, bu məsələni həll etməyin yeganə yolu Artsaxda yaşayan erməniləri məhv etməkdir. İnsanlıq buna getməyəcək. Bu insanlar dünənə kimi müəllim işləyirdilər, torpaq becərirdilər, daha sonra müharibə başladı. Yeri gəlmişkən, Sovetlər İttifaqı rəhbərliyinin ucbatından...Və o zaman həmin insanlar ayağa qalxdılar və özlərini, olduqları kimliklərini qorumağa məcbur oldular”.

Tarix
9 İyun 2018 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin