Ana səhifə
20 Sentyabr 2018

Son 5 ildə Aİ Azərbaycana 15,3 mlrd. dollar sərmayə qoyub

Ötən illər ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlarda artım müşahidə edilib. Bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. R.Məmmədov Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsindən də danışıb: "Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib. Bu ilin 4 ayında dövriyyənin həcmində ötən ilin dörd ayı ilə müqayisədə 15% artım qeydə alınıb. Aİ-nin neftə olan tələbatının 5%-ni Azərbaycan ödəyir. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub",- nazir müavini qeyd edib. Onun sözlərinə görə, son 5 ildə Aİ-nin Azərbaycana yatırdığı sərmayələrin həcmi 15,3 mlrd. dollar olub. Nazir müavini əlavə edib ki, 1992-ci ildən bəri Aİ Azərbaycanda texniki dəstək layihələrinə 600 mln. avroluq dəstək verib. Report
Tarix
5 İyun 2018 [14:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin