UEFA Qvardiolanı cəzalandırıb

21:08 - 4 İyun 2018 - İDMAN

UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb. Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət səbəb olub. UEFA biri şərti olmaqla, 47 yaşlı mütəxəssisə iki oyunluq cəza tətbiq edib. P.Qvardiola bir mövsüm ərzində eyni hərəkəti edəcəyi təqdirdə, şərti cəza  qüvvəyə minəcək. Qeyd edək ki, P.Qvardiola "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün  narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.

Xəbər xətti