Ana səhifə
20 Oktyabr 2018

Gürcüstanda tələbənin intihar etməsinin Təfərrüatları- təhsil haqqını kazinoda uduzub

Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.  Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib. Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı “Report”un yerli bürosuna açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: “Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”. N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: “Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”.
Tarix
26 May 2018 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin