Göygöldə yük maşını aşıb: 2 nəfər ölüb

09:03 - 26 May 2018 - HADİSƏ

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Mollacəmilli kəndi ərazisində yük maşınının aşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılan zaman ölüb. Daha bir nəfər xəsarət alıb. Onların şəxsiyyətləri hələ ki, məlum deyil.

Xəbər xətti