Ana səhifə
19 Dekabr 2018

Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"

"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb".

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.
"Son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb. Bütövlükdə ölkəmizdə əhalinin illik artımı 120-125 min nəfərdir. Bu da hər il əmək bazarına bu qədər və bundan çox iş qüvvəsinin daxil olması deməkdir. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması, insanların layiqli işlə təmin olunması məsələsini gündəmdə saxlayır. Ölkədə işsizlik 5 faizdir. Bu, elə böyük rəqəm deyil. Əhalinin artımı ilə əlaqədar olaraq Azərbaycanda iş yerlərinin artırılması məsələsi gündəmdədir. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 5 milyona yaxındır. 4,5 milyona yaxın insan isə əməyə cəlb olunan, işləyən əhalidir. Bunlardan 1,3 milyonu isə əmək müqaviləsi bağlamış işçilərdir",- deyə Ə.Əhmədov bildirib.

Tarix
25 May 2018 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin