"Qarabağ"ın futbolçuları Ağdamda əsgərlərlə görüşəcəklər

14:50 - 17 May 2018 - İDMAN

“Qarabağ”ın futbolçuları Ağdama yollanır. Ucnoqta.az xəbər verir ki, klubdan apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin 5 üzvü doğma rayona səfər edəcək.

Bunlar qapıçı İbrahim Şehiç, müdafiəçilər Elvin Yunuszadə, Maksim Medvedev, yarımmüdafiəçilər Qara Qarayev və Coşqun Diniyevdi. Ardıcıl 5-ci dəfə ölkə çempionluğunu qazanan “Qarabağ”ın üzvlərinin səfərdə məqsədi əsgərlərlə görüşməkdi. Təşəbbüs isə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən gəlib.

Qeyd edək ki, “Qarabağ” mayın 21-də “Qəbələ” ilə keçiriləcək çempionatın son matçının ardından çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Xəbər xətti