Hindistanda yerüstü keçid çökdü - 18 ölü- Foto

13:32 - 16 May 2018 - DÜNYA

Hindistanın şimalında Varanasi kəndində yerüstü keçid işlək yolun üzərinə çöküb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 18 nəfər dünyasını dəyişib.

Dağıntılar altından çxıarılan 5 nəfər yaralıdan 2-nin vəziyyəti ağırdır.

Xilasetmə işləri davam etdirilir.

Baş nazir Narendra Modi Tvitter hesabından faciə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara isə şəfa diləyib. 

Xəbər xətti