AFFA "Zirə" və "Kəpəz"i cərimələdi

13:02 - 16 May 2018 - İDMAN

AFFA İntizam Komitəsinin iclası keçirilib.

AFFA-nın saytında verilmiş məlumata görə, İK Topaz Premyer Liqanın 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.Topaz Premyer Liqasının 27-ci turunun  “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub

Xəbər xətti