Sumqayıtda oğurluq edən şəxslər tutulub

13:29 - 14 May 2018 - HADİSƏ

Sumqayıtda idman klubundan və hüquq məsləhətxanasından oğurluq edən şəxslər tutulub.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 ofisdən, 1 mağazadan, 1 idman klubundan və 1 hüquq məsləhətxanasından pul, içərisində sənəd olan seyf, protein içkisi və məktəb ləvazimatları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Raiz Niftəliyev, Hacıbaba Nurullayev və Seyfəddin Aslanov saxlanılıblar.

Xəbər xətti