Ana səhifə
21 Sentyabr 2018

“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilb- Fotolar

Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib

“Azərsun Holdinq”də, “SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!”  şüarı altında ənənəvi qanvermə aksiyası keçirilib. “Azərsun Holdinq”dən Ucnoqta.az-a verilən məlumata görə, Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində təşkil edilib. Qanvermədə 500-dən artıq  “Azərsun Holdinq” əməkdaşı iştirak edib.
Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.
Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 12 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Emin

Tarix
11 May 2018 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin