Ana səhifə
20 Sentyabr 2018

Kukla Teatrında “Bir gecənin nağılı” nümayiş olunacaq

Fərqli mövzuları fərqli quruluşlarda səhnəyə gətirməklə yeni meylləri tamaşaçıya təqdim edən M. Teatrı - Mənim teatrım daha bir yeni tamaşa ilə teatrsevərləri ətrafına toplayacaq.

Bu dəfə “Bir gecənin nağılı” adlı səhnə nümunəsi bizə bəşəri mövzunu adi məişət münasibəti fonunda açmış olacaq. Kişi qadın məhəbbəti fonunda sosial məqamları, xüsusən gənc qızların evdəki basqılara dözməyərək bilmədiyi bir dünyaya atılaraq qaçıb küçələrdə özlərinə məkan tutması problem olaraq önə çəkilib.

Tamaşanın alt qatındakı mətləblər başqa olsa da görünən ilk mənzərə budur: “ Adəm və Həvva - onlar yer üzündə tək idilər. 
Oğlan və Qız - onlar da rastlaşdıqları parkda təkdilər. Qız evdən qaçıb. Sevmədiyi bir adama ərə getmək istəmir. İlk rast gəldiyi Oğlana evlənmək təklif edir. Oğlan isə əsl "mama uşağı" dı. 
Bu təsədüfi görüş onların hər ikisni dəyişir. Və onlar... 
Adəm və Həvva əhvalatı hələ də davam edir!” 

Bu ideyanın səhnə həllini görmək istəyənlər mayın 13-də (saat 19.00) A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tamaşa zalında öz yerlərini ala bilərlər. Biletləri teatrın kassasından əldə edə bilərsiz.

Tarix
11 May 2018 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin