Ana səhifə
20 Sentyabr 2018

XİN əcnəbi jurnalistlərə Xankəndinə səfərə icazə verib- Paşinyanın brifinqində iştirak üçün

Ermənistanın yeni baş naziri bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.   Ucnoqta.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, artıq "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumları rəsmi məktubla Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş ediblər: "Sözügedən beynəlxalq KİV-in ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib". "Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü Azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək", - o qeyd edib. 
Tarix
9 May 2018 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin