Xudatda məktəb yanıb

09:09 - 8 May 2018 - HADİSƏ

Xaçmaz rayonu, Xudat şəhərində ümumi sahəsi 450 m2 olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 m2, yanar konstruksiyaları 174 m2 sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb.   Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

Xəbər xətti