Ana səhifə
14 Noyabr 2018

Azərbaycan daima yüksəlməkdə Ermənistan isə enməkdədir- BİZİM PLANET

AzTv-nin maraqla izlənilən “Bizim Planet” verilişlərindən bu dəfə qonşu və işğalçı dövlət Ermənistanda son zamanlar baş verən ictimai-siyasi hadisələr müzakirə edilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında dünyada və ölkədə cərəyan edən mühüm siyasi hadisələrin geniş şərh olunduğu “Bizim Palnet” bu dəfə də yadda qalan diskussiyalarla yayımını davam etdirib. Həftənin şənbə günü  öz tamaşaçı auditoriyası ilə görüşən analitik verilişin bu dəfəki qonaqları millət vəkili, siyasi elmlər doktoru Hikmət Məmmədov və siyasi şərhçi, Trend İnformasiya Agentliyinin direktorunun müavini Arzu Nağıyev olub. 
Bildiyimiz kimi Ermənistanda hökumətə qarşı uzun müddətdir davam edən etiraz dalğası bütün dünya ictimaiətinin diqqət mərkəzindədir. “Bizim Planet” verilişinin bu dəfəki buraxılışında da məhz bu mövzu ətrafında yaddaqalan müzakirələr aparılıb. Verilişdə çıxış edən siyasi şərhçilər Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın rəhbərliyi ilə hökm sürən etirazlarda hökumət-xalq qarşıdurmasının başlama, davam etmə səbəbləri və nə ilə nəticələnə biləcəyi ilə bağlı fikirlər bildiriblər. 

Politoloq Rufiz Qonaqov qeyd edib ki, bu proseslər onu göstərir ki, Ermənistanda indiyə qədər mövcud olan vəziyyət  son dərəcə acınacaqlı idi. Buna görə də həmin vəziyyət artıq tamamilə nəzarətdən çıxıb və bu günkü hökumət böhranı yaranıb. Ermənistanda keçirilən saxta seçkilərin nəticələri belə bu ölkədəki cinayətkar rejimi xilas edə bilmədi. Aclıq və səfalət içində olan ölkə nümayəndələrinin (hətta tələbələr, hərbiçilər və s.) qoşulduğu bu geniş miqiyasılı tətillər bir daha sübut etdi ki, xalqın hökumətə heç bir inamı qalmayıb. Bir-birinin ardınca istehfa verən nazirlərin və Serj Sarkisyanın öz postunu tərk etməsi Ermənistanda qurulan bəsit siyasi sturkturu açıq şəkildə bəlli edir. 

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Məmmədov bildirib ki, Ermənisanın daxilindəki bu ictimai-siyasi münasibətlərin zəruri sifarişi məsələsini nəzərdən keçirtmək azdır. Orada nəyin və niyə məhz indi baş verdiyini aydınlaşdırmaq üçün hadisələrə kompleks yanaşmaq lazımdır. Hikmət Məmmədov qeyd edib ki, burada daxili ictimai-siyasi proseslərin məntiqindən daha çox Ermənistan cəmiyyətinə diktə olunan xarici faktorlar üzərində də dayanmalıyıq. Millət vəkili prosesləri geniş şərh edərək bunu Ermənistanın anti-demokratik imicini sağlamlaşdırmağa yönəldilmiş bir hərəkat kimi qiymətləndirib. 
Bildirilib ki, müəyyən vaxtlarda gah konstitusiya, gah baş nazir postu, gah da parlament islahatları fonunda baş verən bu siyasi etirazlar cinayətkar rejimin iflası və dağılması faktlarını sübut edir.
Trend İnformasiya Agentliyinin direktorunun müavini Arzu Nağıyev qeyd edib ki, bu idarə edilən bir prosesdir. Ermənistan xalqının Sarkisyanın yaratdığı klandan cana doyması artıq ondan imtina edilməsinə səbəb oldu. Lakin bu o demək deyil ki, N.Paşinyan qəbul olunacaq çünki o, özü kütləyə oynamaq üçün nəzərdə tutulub. 
Vurğulanıb ki, Ermənistan belə bir vəziyyətdə də Qarabağ kartını əlində tutur. Müzakirələr zamanı siyasi ekspertlər bildiriblər ki, Ermənistan işğalçı bir dövlət kimi Azərbaycan torpaqlarının 20 %-dən çoxunu zəbt edib və daima özünün terrorçu mövqeyindədir. Lakin belə bir vəziyyətdə Azərbaycandan hərbi təxribat gözləyən Ermənistan hakimiyyətinin dövlətimizə qarşı növbəti  provakasiyası da öz əksini tapa bilmədi. Çünki Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ məsələsində Azərbaycan özünün və beynəlxalq təşkilatların prinsiplərindən kənara çıxmır. Dünyada və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınması Ermənistanın işğalçı dövlət kimi əsil mahiyyətini ortaya qoyub. Zorakılıq və terror gücünə yaranmış bir dövlətin biabırçı vəziyyətdə zəifləməsi sonda öz xalqının ona qarşı çıxması ilə nəticələndi. Ölkəsində davam edən və gərginləşən sosial-iqtisasi böhrandan təngə gəlmiş ermənilər rejim qurucularının istənilən hərbi siyasətini bu gün qətiyyətlə rədd edir.

 “Bizim Planet” verilişində Dağlıq Qarabağ probleminin həllinin uzadılması Ermənistan dövlətinin daxili iğtişaşlarının başlıca səbəbi kimi qiymətləndirilib.  Vurğulanıb ki, Ermənistan aprel döyüşlərindən nəticə çıxartmayıb və Azərbaycan torpaqları hələ də işğal altındadır. Lakin Azərbaycan hələ də səbrlə gözləyir. Ermənistanda baş vermiş bu vəziyyətdən öz məqsədləri üçün isitifadə edərək hiyləgər dövlətin təxribatçı siyasətinə məhəl qoymaq niyyətində belə deyil. Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq dövlətimizin əsas mövqeyi ondan ibarətdir ki, bu münaqişə ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. 
“Bzim Planet” verilişində qeyd olunub ki, ölkəmizdə aparılan islahatlar, regionlarda gedən inkişaf, sosial-iqtisadi infrastruktur layihələri uğurla icra edilir. Beynəlxlaq əhəmiyyətli layihələr həyata keçirilir ki, bu da Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, idmanı və digər sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bildirilib ki, Azərbaycan regionda həyata keçirilən və qısa zamanda reallaşdırılan TANAP, TAP və başqa mühüm layihələrin başında dayanmaqla öz nüfuzunu və inancını getdikcə daha artırır. Bunun əksinə isə Ermənistan bu layihələrdən kənarda qalaraq bütün inkanlarında məhrum olmuş vəziyyətdədir. Demək olar ki, ölkəsində baş verən sosial-iqtisadi böhranları açıq-aydın görən ermənistan xalqı haqlı olaraq dövləti ilə barışmayaraq hökumətə qarşı etirazlarını hələ də davam etdirir.  

 

Tarix
7 May 2018 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin