Azərbaycan-Qırğızıstan oyununun hakimləri müəyyənləşib

15:17 - 7 May 2018 - İDMAN

Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 29-da keçiriləcək qarşılaşmanı Türkiyədən olan hakimlər idarə edəcək. 

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın referisi Ali Palabıyık olacaq. Ona Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Qırğızıstan oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti