Ana səhifə
13 Noyabr 2018

Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

"Növbəti iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir". Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, may ayının 8-dək Bakıda və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Havanın temperaturu günorta saatlarında 22-27 dərəcə arasında dəyişəcək". Növbəti günlərdə regionlarda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu 25-30, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək".
Tarix
5 May 2018 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin