Ana səhifə
17 Noyabr 2018

Bahar Muradova: “Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində kifayət qədər müsbət işlər görüb”

“Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində üzərinə götürdüyü, beynəlxalq konvensiyaların üzərinə qoyduğu öhdəliklərdən, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələbləri yüksək səviyyədə yerinə yetirir”.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bu gün komitələrin birgə iclası zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan bu həssas məsələyə diqqətlə yanaşır: “İnsanın mənəviyyatına, ləyaqətinə yönəlmiş cinayətlər çox ağır cinayətdir. Əlbəttə ki, bütün dünyada, Azərbaycanda insanı alçaldan, onun ləyaqətinə və heysiyyatına toxunan bu cinayətin profilaktikası, qarşısının alınması, cinayətkarların cəzasına çatdırılması və qurbanların psixologiyasına və mənəviyyatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyət çox vacibdir. Təcrübə göstərir ki, Azərbaycan bu sahədə kifayət qədər müsbət işlər görüb”.

Tarix
2 May 2018 [15:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin