Braziliyada çoxmərtəbəli bina yanaraq çöküb - VİDEO

13:48 - 1 May 2018 - DÜNYA

Braziliyanın San Paulu şəhərində çoxmərtəbəli binada yanğın olub. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, binanın konstruksiyası yanğına dözməyərək çöküb.

İlkin məlumatlara görə, bir nəfər həlak olub. Şahidlər isə yuxarı mərtəbədələrdə insanların qaldığını və ölənlərin sayının çox ola biləcəyini bildirirlər.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəliblər. Olay yeri mühasirəyə alınıb.

Xəbər xətti