Kino İnkişaf Mərkəzi yaradılıb

16:57 - 30 Aprel 2018 - Mədəniyyət

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Kino İnkişaf Mərkəzi yaradılıb.

Ucnoqta.az xəbər verir ki, İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəz Bakı şəhəri və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.
Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni Mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "APA Holding" Kino İnkişaf Mərkəzinin informasiya dəstəkçisidir. 

Xəbər xətti