Naxçıvanda Nuh peyğəmbərin heykəli qoyuldu- Video

12:05 - 26 Aprel 2018 - Xəbər

Naxçıvanda Nuh peyğəmbərin heykəli qoyulub. 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, heykəl yeni istifadəyə verilən Naxçıvan Duz Muzeyi ucaldılıb. Muzeyin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin formalaşmasının Nuh peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu bildirib.

Qeyd olunub ki, Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb. Bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir.

Bundan başqa, muzeydə sərgilənən eksponantlar arasında duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” də yer alır.

Xəbər xətti