Ana səhifə
19 Avqust 2018

7 yaşlı azərbaycanlı qız bütün Rusiyanı HEYRAN QOYDU - VİDEO

Elina Məmmədova adlı 7 yaşlı azərbaycanlı rəqqasə Rusiyanı özünə heyran qoyub.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Elina Smile ləqəbi ilə məşhurlaşan azyaşlı bloger Rusiyanın Birinci kanalında yayımlanan “Лучше Всех” uşaq verilişində iştirak edib. O, Maksim Qalkinin aparıcılıq etdiyi verilişdə Ranvir Sinqxin mahnısında bir neçə obraz dəyişərək möhtəşəm rəqs nömrələri nümayiş etdirib. Elinanın sözlərinə görə, hind incəsənətinə olan maraq ona nənəsindən keçib.

5 yaşından hind kinosu və rəqsləri ilə maraqlanan Elina Moskvada əsl Bollivud şahzadəsi kimi tanınır.

Hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova balaca rəqqasə ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. O bildirib ki, Elina ona öz uşaqlığını xatırladır:

“Elina Məmmədovanın böyük istedadı qarşısında heyran olmuşam. Bollivud mahnılarına, filmlərinə və rəqslərinə olan həvəs və sevgi mənə uşaqlığımı yada saldı”.

Daha sonra Oksana Rəsulova hər kəsi bu balaca və gözəl qıza dəstək olmağa səsləyib.

Tarix
23 Aprel 2018 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin