AMEA-nın əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının fəxri adına layiq görülüb

16:23 - 19 Aprel 2018 - Xəbər

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının “Əməkdar Elm və Texnika Xadimi” fəxri adına layiq görülüb

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impaktfaktorlu nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 1 fevral 2018-ci il tarixlində Akademiyanın Attestasiyası Komissiyasının prezidiumunda RTEA-nın Professoru elmi adını alıb. 
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Ucnoqta.az-a veriklən məlumata görə, bundan əlavə, Fizzə Məmmədova Rusiya Təbiət Elmləri Akademiyasının “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Akademiyanın prezidiumunun ekspertizası protokol № 684, 20 fevral 2018-ci il tarixli qərarı ilə “Əməkdar Elm və Texnika Xadimi” fəxri adına layiq görülüb.
Diplomların və mükafatın təntənəli təqdimat mərasimi 24-26 may tarixində həyata keçiriləcək.
Qeyd edək ki, Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 182 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, 7 müəlliflik şadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir.

 

Xəbər xətti