Saatlıda ər arvadını bıçaqlayıb

09:47 - 19 Aprel 2018 - HADİSƏ

Saatlı rayonunda ər arvadını bıçaqlayıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti