İran yeni “yer-hava” tipli raket sistemini təqdim etdi

12:27 - 18 Aprel 2018 - DÜNYA

İranda Ordu günü münasibətilə keçirilən hərbi paradda “Kamin-2” yeni hava hücumundan müdafiə sistemi təqdim olunub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, “yer-hava” tipli “Kamin-2” aşağı yüksəklikdə uçan pilotsuz uçuş aparatlarının vurulması üçün nəzərdə tutulub.

Qeyd olunub ki, həmin sistem 2010-cu ildə İran tərəfindən hazırlanmış “Mersad” hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş versiyasıdır.

Xəbər xətti