"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatdı

“Qarabağ”ın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Ucnoqta.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu 23-cü turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb. Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun komandası 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. “Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

Tarix
16 Aprel 2018 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin